Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu
27.01.2025 - 13:13

Azərbaycan millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarında görə ikinci yeri tutub.
Apasport.az xəbər verir ki, yığma üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar.
Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə edib.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0