Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib
02.02.2025 - 21:17

Hidayət Heydərov “İlin kişi cüdoçusu” adına layiq görülüb.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.
Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:
"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".
Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0