
Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi reytinq siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, yuxarı pillələrdə qərarlaşan Azərbaycan təmsilçiləri - İlham Zəkiyev (J1, +90 kiloqram), Vüqar Şirinli (J2, 60 kiloqram), Şəhanə Hacıyeva (J2, 48 kiloqram), Xanım Hüseynova (J2, 70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram) Paris Paralimpiadasında iştirak şanslarını saxlayırlar. İdmançıları mayın 18-19-da Tbilisi Qran-Prisi gözləyir.
"NE" (non eligible - uyğun gəlməyən) statusu müəyyənləşdirilən paracüdoçular yeni siyahıda yer almayıblar. Onların arasında Namiq Abaslı (J2, 73 kiloqram) da var.
Fevral ayında Heydelberq Qran-Prisindən əvvəl tibbi təsnifatdan keçə bilməyən idmançı üçün Milli Paralimpiya Komitəsi tərəfindən IBSA-ya protest göndərilmişdi.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar