
Azərbaycan milli komandasının qadın cüdoçuları hazırda Yaponiyada, martın 25-dən başlayaraq cüdo düşərgəsində intensiv təlim-məşq toplanışında iştirak edirlər.
Apasport.az xəbər verir ki, təlim-məşq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir.
Cüdoçular Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına qatılıblar.
Aprelin 11-dək davam edəcək beynəlxalq toplanış 2024-cü il Paris Yay Olimpiya Oyunları və qarşıdan gələn digər beynəlxalq yarışlar ərəfəsində idmançıların əsas hazırlıq proseslərindən biridir.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar