
Yunanıstanın Saloniki şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.
Apasport.az xəbər verir ki, turnirinin ikinci Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər.
Oğlanlar arasında Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu tituluna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq), Tunar Fərzəliyev (+90 kq) isə bürünc medalla kifayətlənib.
Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
Qeyd edək ki, yığmamız Avropa Kubokuna 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılıb.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar