Qol güləşçimiz Avropa çempionu olub - VİDEO
12.05.2024 - 13:45

Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində güləşən idmançı Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempinonatının qızıl medalını qazanıb.
Apasportun xəbərinə görə, Tərxan Müzəffərov super ağır çəkidə İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan bütün rəqiblərini məğlub edərək 1-ci yerin sahibi olub.
Qeyd edək ki, bu, qol güləşi üzrə super ağır çəki dərəcəsində son 10 ildə Azərbaycana gələn ilk medal olub.
Tərxan Müzəffərov bu çəkidə qızıl medal qazanmaqla 2014-cü ildən bəri yaşanan medal həsrətimizə son qoyub.
7
0