Triatlonçumuz Olimpiya xalları üçün yarışacaq
15.05.2024 - 18:54

Azərbaycanlı triatlonçu Rostislav Pevtsov Dünya kubokunda iştirak edəcək.
Apasport.az xəbər verir ki, yarış mayın 18-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Səmərqənddə 54 idmançı mükafatlar uğrunda yarışacaq.
Qeyd edək ki, Pevtsov Rio-2016 və Tokio-2020 Olimpiadalarında ölkəmizin şərəfini qoruyub.
1
0