Millimiz dünya çempionatında ilk medalını qazanıb
22.10.2024 - 21:59

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi də medal qazanıb.
Yunan-Roma güləşində 60 kq çəki dərəcəsində yarımfinalda uduzan Nihat Quluzadə bürünc uğrunda rumıniyalı Denis Florin Mihai ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qələbə qazanaraq, fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.
0
0