Avarçəkənimiz bürünc medal qazanıb
28.05.2024 - 17:05

Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası” keçirilib.
Apasport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında baş tutan reqatada Azərbaycan millisi 6 nəfərlik heyətlə təmsil olunub.
Komandamızın heyətində Paşa Əsgərov bürünc medal qazanıb. O, 5000 m məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.
Amil Ramazanov 200 m məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Yekun nəticədə Ramazanov ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"
0
0