
Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnirdə 8 medal qazanıblar.
Apasport.az xəbər verir ki, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.
Yığmanın heyətində Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş medala yiyələnib. Bundan başqa, C.Vəlizadə 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci yeri tutub. Qarışıq komanda yarışında isə idmançı 500 metr məsafəni üçüncü pillədə bitirib.
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci sırada tamamlayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"