
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VI turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk matçda "Abşeron" "Gəncə" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Saat 17:00-da UNEC - “Murov Az Terminal”, bundan bir saat sonra isə “Azərreyl” - “Milli Aviasiya Akademiyası” matçı başlayacaq.
Qeyd edək ki, 5 turdan sonra "Abşeron" 14 xalla liderdir. "Gəncə" 10 xalla ikinci, “Milli Aviasiya Akademiyası” 9 xalla üçüncü, "Azərreyl" 8 xalla dördüncü, "Murov Az Terminal" 4 xalla beşinci pillədə qərarlaşıb. Bütün görüşlərdə məğlub olan UNEC sonuncu - altıncıdır.