"Neftçi" “Murov Az Terminal”la üz-üzə gələcək
14.01.2025 - 09:19

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, bütün matçlar eyni saatda başlayacaq.
Saat 16:00-da "Gənclər" "Azərreyl"lə, "Xilasedici" MOİK-lə, "Neftçi" isə “Murov Az Terminal”la üz-üzə gələcək.
Qeyd edək ki, dörd turdan sonra “Murov Az Terminal” 12 xalla liderdir. "Xilasedici" 12 xalla ikinci, "Neftçi" 8 xalla üçüncü, "Azərreyl" 7 xalla dördüncü pillədə qərarlaşıb. Beşinci və altıncı yerdəki "Gənclər" və MOİK-in xalı yoxdur.
0
0