Yüksək Liqa: “Neftçi” qələbə qazandı
06.02.2025 - 19:58

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, ikinci oyun gününə Sumqayıtda start verilib.
“Gənclər” “Neftçi”ni qəbul edib. Gözlənildiyi kimi, görüş "ağ-qaralar"ın asan qələbəsi ilə yekunlaşıb.
Turun son matçında iddialılar üz-üzə gəlib. “Xilasedici” çempionatın lideri “Murov Az Terminal”la görüşüb. Lider mövsümdə ilk məğlubiyyətini yaşayıb.
Yüksək Liqa (Kişilər)
IX tur
16:00. “Gənclər” - “Neftçi” - 0:3 (21:25, 16:25, 19:25)
17:00. “Xilasedici” - “Murov Az Terminal” - 3:1 (25:23, 19:25, 25:20, 25:20)
0
0