Yüksək Liqa: VII tura bu gün yekun vurulacaq
23.01.2025 - 09:55

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyunda "Azərreyl" “Murov Az Terminal”la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Ötən gün MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.
0
0