
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, "Gəncə" - “Murov Az Terminal” matçı saat 14::00-da start götürəcək.
İki saat sonra “Abşeron” - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.
Tura "Azərreyl" - UNEC görüşü ilə yekun vurulacaq. Oyun saat 18:00-da olacaq.
Qeyd edək ki, "Abşeron" 7 turdan sonra 20 xalla liderdir. “Milli Aviasiya Akademiyası” 15 xalla ikinci, "Gəncə" 10 xalla üçüncüdür. Dördüncü yerdəki "Azərreyl"lə, beşinci olan "Murov Az Terminal"ın 9 xalı var. Bütün matçlarda uduzan və sonuncu pillədə qərarlaşan UNEC isə xalsızdır.