Yüksək Liqada X tura yekun vurulacaq
13.02.2025 - 11:27

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu matçda "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün MOİK "Gənclər"i 3:1, "Xilasedici" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
0
0