"Bodo-Qlimt" "Qarabağ" azarkeşləri üçün 400 yer ayırıb
06.11.2024 - 17:55

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində "Bodo-Qlimt"lə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, görüşün keçiriləcəyi Aspmira stadionunda Ağdam klubunun azarkeşləri üçün qonaq komanda sektorunda 400 yer verilib.
Həmin tribunaların dolacağı gözlənilir.
Stadion isə 7400 tamaşaçı tutumuna malikdir. "Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də Budadakı “Aspmira” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
0
0