Cəlalın komandasından qələbə
02.11.2024 - 21:54

Bolqarıstan çempionatında 14-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Cəlal Hüseynovun şərəfini qoruduğu "Arda" növbəti matçına çıxıb.
Görüş "Arda"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın üzvü matçı ehtiyat oyunçular skamyasında izləyib.
Qeyd edək ki, "Arda" 24 xalla 5-ci pillədə qərarlaşıb.
0
0