I Liqa klubu heyətini 2 serblə gücləndirib
12.08.2024 - 13:35

I Liqanın debütantı "Baku Sportinq" heyətini serbiyalı futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Luka Stevanoviçlə 1 illik müqavilə imzalanıb.
26 yaşlı yarımmüdafiəçinin son klubu Serbiya təmsilçisi "Hayduk 1912" olub.
"Bakı Sportinq" Uroş Jemoviçi də transfer edib. 23 yaşlı serbiyalı hücumçu ilə imzalanan müqavilənin müddəti 1 illikdir. Jemoviçin son klubu Serbiyanın “Dunav Prohovo” klubu olub.
0
0