
“Neftçi”nin Konfrans Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, komandamız “Jelezniçar”la qarşılaşacaq.
Ev oyununu Bakıda keçirən “Neftçi”nin potensial rəqibi Minsk “Dinamo”su cavab matçında uğursuz çıxış edib. Bosniya və Hersoqovinada baş tutan ilk qarşılaşmada 2:0 hesablı üstünlüyü qoruya bilməyən belaruslar bu dəfə uduzublar. “Jelezniçar” inamlı oyunla növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, “Neftçi” ilk matçını iyulun 27-də səfərdə keçirəcək.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu
“Dinamo Minsk” (Belarus) – “Jelezniçar” (Bosniya və Hersoqovina) – 1:2
Qollar: Sedko, 64 – Saçivko, 44 (öz qapısına). Krpiç, 78.
İlk oyun – 2:2