Azərbaycan ABŞ-ı məğlub etdi
01.08.2024 - 00:01

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, yığma II turda ABŞ ilə qarşılaşıb.
Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək.
0
0