DÇ-2022: Qələbəyə görə 709 məhkum azadlığa buraxıldı
29.11.2022 - 15:18

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində İran yığmasının Uels üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə bu ölkədə 709 məhkum azadlığa buraxılıb.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Ədliyyə İdarəsinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi sərəncam imzalayıb.
Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib.
0
0