Pley-offun cütləri müəyyənləşdi
08.04.2024 - 21:35

Kişi voleybolçular arasında Yüksək Liqanın ilkin mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, pley-offun cütləri bəlli olub.
Çempionatı 1-ci pillədə başa vuran “Azərreyl” sonuncu yeri tutan MOİK-lə qarşılaşacaq. Digər cütdə “Murov Az Terminal”la “Neftçi” üz-üzə gələcək. Oyunlar 2 qələbəyədək davam edəcək. Əgər komandalar hərəyə bir qələbə qazanarsa, cütün taleyini “qızıl set”də müəyyənləşəcək.
Qeyd edək ki, pley-off oyunlarının keçirilmə yeri və vaxtı haqqında məlumat veriləcək.
0
0