"Çelsi" 21 yaşlı fransalı ilə maraqlanır
24.02.2024 - 11:56

"Stad Brestois" klubunda çıxış edən sol cinah müdafiəçisi Bredli Lokko mövsümün sonunda İngiltərəyə yollana bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir sol cinah müdafiəçisi axtarışında olan "Çelsi" 21 yaşlı fransız futbolçunun vəziyyətini araşdırır.
Klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan futbolçunun adı bir müddət "Qalatasaray"la da hallanırdı.
Təxmini bazar dəyəri 7 milyon avro olan futbolçu üçün bundan daha yüksək məbləğ tələb olunacağı gözlənilir.
0
0