UEFA PSJ-ni cəzalandıracaq?
24.05.2024 - 17:59

UEFA 2023/2024 mövsümünün sonunda maliyyə feyr-pley qaydalarını pozan PSJ-ni cəzalandırmayacaq.
Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, Liqa 1 nəhəngi UEFA ilə bağlanan sazişə əməl edir.
Qeyd olunur ki, parislilər gələn yay investisiya fondundan 116 milyon avro ala bilərlər.
Xatırladaq ki, bu mövsüm PSJ Liqa 1-də 12-ci dəfə çempion olub.
0
0