Birinci vitse-prezident Mehriban Əliyeva Raman Saleyi təbrik edib
07.09.2024 - 23:25

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Apasport.az paylaşımı təqdim edir:
"Raman Saleyin Paris-2024 Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram!".
0
0