“Sabah”ın ilk rəqibi bəlli oldu
06.01.2024 - 23:05

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "tələbələr" ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) klubuyla qarşılaşacaq. Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutacaq.
0
0