"Səbail"dən qolsuz sülh
12.01.2024 - 20:21

“Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb.
Tərəflərin səylərinə baxmayaraq, matçda hesab açılmayıb. Oyun qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, “Universitatya Kluj” Rumıniya Superliqasında 29 xalla 8-ci pillədə qərarlaşır.
0
0