Təmsilçimiz Ukrayna klubu ilə heç-heçə etdi
06.09.2024 - 19:51

Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqası davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "AzNur" bu gün üçüncü matçını keçirib.
Komandamız Ukrayna "Andezit"i ilə görüşüb. Oyun qolsuz heç-heçə ilə nəticələnib - 0:0.
Qeyd edək ki, "AzNur" buna qədər Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlib. İsveçin "Qalport" komandası ilə bərabərə qalıb - 2:2.
0
0