
Malayziyanın Ravanq şəhərində yeniyetmə badmintonçuların açıq turniri keçirilir.
Apasport.az xəbər verir ki, təmsilçimiz Ülvi Hüseynov da yarışda iştirak edib.
O, turnirin bürünc medalına sahib çıxıb. Mübarizəyə 1/32 finaldan başlayan Hüseynov yarımfinalda turnirin qalibi yerli idmançı Lai Man Tata gərgin keçən görüşdə 0:2 (22:24,16:21) hesabı ilə uduzub.
Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandomuna əsasən Malayziya Badminton Akademiyasında təhsil alır. O, Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışınlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.