"Borussiya" Sançonun maaşını ödəməyə hazır deyil
10.01.2024 - 00:55

"Mançester Yunayted" Ceydon Sançonu icarəyə göndərsə belə, maaşını ödəməyə davam edəcək.
Apasport.az xəbər verir ki, hücumçu "Borussiya"ya keçməyə yaxındır.
Lakin onun aldığı həftəlik 290 min funt-sterlinq məvacib dortmundlular üçün çox yüksəkdir. Klub ödənişlərin yalnız üçdə birini öz üzərinə götürməyə hazırdır. “Qırmızı şeytanlar” futbolçuya həftədə təxminən 100 min funt-sterlinq ödəməli olacaq.
Qeyd edək ki, Sanço "Mançester Yunayted"ə 2021-ci ilin yayında "Borussiya"dan keçib.
0
0