Zayr-Emeri PSJ-də qalacaq
16.02.2024 - 20:31

PSJ yarımmüdafiəçisi Uorren Zayr-Emeri ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, parislilər onu komandada saxlamaq niyyətindədir.
Klub onun çıxışından razıdır və futbolçu ilə müqaviləni uzadacaq. Artıq Zayr-Emeri və onun agenti Xorxe Mendeşlə şifahi razılıq əldə olunub. Yalnız tərəflərin sözləşməni imzalaması qalıb.
Qeyd edək ki, Uorren PSJ-nin yetirməsidir.
0
0