Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika
21.02.2025 - 10:19
Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika

Türkiyə Super Liqasının 25-ci həftəsində "RAMS Park"da "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, nəhəng derbidən əvvəl Türkiyə Futbol Federasiyası matçı sloveniyalı referi Slavko Vinçiçin idarə edəcəyini açıqlamışdı.

Əcnəbi hakimlərin idarə etdiyi Qalatasaray-Fənərbaxça derbisinin hesabat kartı - 3-cü Foto

Beləliklə, Super Liqa tarixində 18-ci dəfə "Qalatasaray" - "Fənərbaxça" derbisini əcnəbi hakim idarə edəcək.

"Opta"nın məlumatına görə, Super Liqada əcnəbi hakimlərin idarə etdiyi derbilərdə komandalar hərəyə 5 qələbə qazanıb, 7 qarşılaşma isə heç-heçə başa çatıb.

Bu matçlarda komandalar ümumilikdə 32 qol vurub, "Qalatasaray" 14, "Fənərbaxça" isə 18 qol vurub.