“Real”ın ulduzu ötən mövsümün “ən yaxşı”sı seçildi
26.11.2024 - 15:32

İspaniya La Liqa təmsilçilərindən “Real Madrid”in futbolçusu Cud Bellinqem yeni mükafat qazanıb.
Apasport.az xəbər verir ki, ingiltərəli mərkəz yarımmüdafiəçisi İspaniya Futbolçular Assosiasiyası tərəfindən La Liqada 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Futbolçu ötən mövsüm “Real”ın heyətində 19 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 21 yaşlı oyunçu “kral klubu”na 2023-cü ildə “Borusiyya Dortmund”dan transfer olunmuşdu.
0
0