"Fənərbaxça" "Qarabağ"ın futbolçusunu izləyir
24.02.2024 - 10:52

UEFA Avropa Liqasında "Qarabağ"ın "Braqa"nı (6:5) mübarizədən kənarlaşdırdığı matçda "Fənərbaxça"nın skautları qarşılaşmanı meydandan izləyiblər.
Apasport.az xəbər verir ki, "sarı-lacivərd" klubun skautları "Qarabağ"ın legioneri Olavio Juninyo üçün Bakıya gəliblər.
Transfer təklifinin olub-olmayacağı bilinməsə də, "Qarabağ"ın braziliyalı hücumçusunun axtarışları bir müddət davam edəcək.
2023-cü ildən Ağdam klubunun heyətində çıxış edən braziliyalı 20 matçda 14 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Avropanın bir çox komandası 27 yaşlı hücumçunu izləyir.
0
0