"Qarabağ" turu keçdi, UEFA reytinqində ölkə əmsalımız artdı
23.02.2024 - 09:42

Azərbaycan UEFA reytinqində növbəti əmsalları qazanıb.
Apasport.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.
Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.
Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.
Qeyd edək ki, reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.
0
0