Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var
30.01.2025 - 15:18

"Səbail"in futbolçusu Rüfət Abdullazadə karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, adı hələ ki, açıqlanmayan Türkiyə Birinci Liqa təmsilçisi artıq " Səbail"ə rəsmi təklif edib.
Türklər futbolçunun keçidini bu qış tamamlamaq istəyir.
Hazırda komandalar arasında danışıqlar davam edir.
Yaxın günlərdə Abdullazadənin Türkiyəyə yollanıb-yollanmayacağı dəqiqləşəcək.
0
0