"Şamaxı"nın futbolçusu məşqdə zədələndi
17.02.2025 - 16:28
"Şamaxı"nın futbolçusu məşqdə zədələndi

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"lə qarşılaşan "Şamaxı" oyundan öncə itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, isinmə hərəkətlərini yerinə yetirən Vasiliye Bakiç zədələnib.

Onun əvəzinə start heyətində Arsen Ağcabəyov meydana çıxıb.