
NBA-nın müntəzəm mövsümü davam edir.
Apasport.az xəbər verir ki, bu gün 5 görüş keçirilib.
10 komandadan 7-si 100 xal həddini geridə qoymağı bacarıb.
"Nyu-York Niks" "Atlanta Huks"u qəbul edib. Qarşılıqlı xalların qazanıldığı görüşdə meydan sahibləri sevinən tərəf olub - 119:110.
"Pelikans"-"Yuta Cazz" görüşü gərgin keçib. Ev sahibləri 25 xallıq fərqi qapadaraq əlavə vaxtda 123:119 hesabı ilə qələbə qazanıb.
"Pelikans"ın basketbolçusu SC Makkolum 45 xal, 8 ribaund, 4 asistlə qələbənin əsas memarı olub.
NBA
Müntəzəm mövsüm
"Klippers" - "Bulls" 99:112
"Pelikans"-"Yuta Cazz" 123:119
"Uorrios" - "Seltiks" 85:125
"Klivlend Kavalyers" - "Sans" 118:92
"Nyu-York Niks" - "Atlanta Huks" 119:110
"Qrizlis" - "Timber Volvs" 108:106