ACF iştirakçılara sertifikatlar təqdim edib
02.12.2024 - 21:57

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən 2024-cü il ərzində keçirilən dan seminar və imtahanlarında iştirak edərək müvəffəqiyyət qazanmış 25 nəfərə müvafiq sertifikatlar təqdim olunub.
Apasport.az xəbər verir ki, onlar Bakıda, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən məşqçi-müəllimlərdir.
Dan seminar və imtahanları ölkə üzrə məşqçi-müəllimlərin peşəkarlığının artırılması, onların qiymətləndirilməsi ilə bağlı aparılır. ACF qarşıda da mütəmadi olaraq müvafiq tədbirlərin keçirilməsini planlaşdırır.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0