Paris-2024: Anna Skidan mübarizəyə start verib
04.08.2024 - 13:39

Azərbaycanı çəkicatma yarışında təmsil edən Anna Skidan Parisdə mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.
İkinci cəhdində çəkici 69,04 metr məsafəyə atan idmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb.
Atletimiz hazırda 3-cü pillədədir və finala çıxmaq şanslarını saxlayır.
Qeyd edək ki, onun finala vəsiqə qazanıb-qazanmayacağı B qrupundakı çıxışlar başa çatdıqdan sonra bəlli olacaq.
0
0