Qılıncoynadanımız İsveç turnirində qızıl medal qazanıb
08.10.2024 - 18:59

İsveçin Örebro şəhərində qılıncoynatma üzrə "Örebro Masters - Nordic Championships" beynəlxalq turniri keçirilir.
Apasport.az xəbər verir ki, şpaqa növündə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev qızıl medal qazanıb.
O, qrup mərhələsini 5 qələbə ilə başa vurub. Təmsilçimiz finalda İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
0
0