Cənubi Afrika klubunun üzvləri Bakıya səfər ediblər
24.12.2024 - 10:57

Cənubi Afrikanın bədii gimnastika üzrə “Klerksdorp School of Gymnastics” klubunun üzvləri Bakıda təlim-məşq toplanışında olublar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşib.
Qeyd edək ki, dekabrın 5-də start götürən toplanış dekabrın 23-də başa çatıb.
0
0