Azərbaycanlı güləşçi dünya çempionatının finalında
26.10.2024 - 19:54

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın altıncı günündə də xalçaya sərbəst güləşçilər çıxıblar.
70 kq çəki dərəcəsində Maqomed Xanıyev startda Muhammad Abduraxmanovu (Belçika) 7:0 hesabı ilə məğlub edib. O, ardınca Elih Samuel Riveraya (Puerto-Rika) heç bir şans verməyib - 10:0. Xanıyev 1/4 finalda tacikistanlı Mustafo Ahmedovdan üstün olub 10:4. Güləşçimiz yarımfinalda Suceet Suceetlə (Hindistan) üz-üz gəlib. 8:4 hesabı ilə qələbə qazanan Xanıyev finala yüksəlib.
0
0