Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
01.11.2024 - 16:54

Azərbaycanın kişi həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 34:28 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan "Turan" komandası Bakıda daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırır.
“AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə noyabrın 6-da yekun vurulacaq.
0
0