Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib
24.05.2024 - 12:03

Həndbol üzrə XXX Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət “Kür” və “Azəryol” komandaları qarşılaşıblar. 30:27 hesab ilə qələbə qazanan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.
İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizədə “İdman Akademiyası” 32-21 hesabı ilə qalib gəlib.
0
0