“Kür”ün oyunlarına monteneqrolu hakimlər
29.09.2024 - 13:21

Qadın həndbolçulardan ibarət “Kür” komandasının avrokubok oyunlarının hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, təmsilçimizin Avropa kubokunun 2-ci mərhələsinin “İonias”la oyunlarını eyni referilər idarə edəcək.
Monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.
Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.
1
0