"Kür"ün rəqibi Mingəçevirə gələcək
01.09.2024 - 11:07

Ölkəmizin daha bir həndbol klubunun avrokubok oyunlarının yeri və vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət “Kür” kollektivi Avropa kubokunun 2-ci mərhələsinin hər iki matçını öz meydanında keçirəcək.
Kipr təmsilçisi “Strovolo” ilə qarşılaşmalar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi baş tutacaq. Oktyabrın 26-dakı görüş Bakı vaxtı ilə 18:00-da, ertəsi gün keçiriləcək matç 17:00-da başlayacaq.
Qeyd edək ki, ilk oyunda kiprlilər nominal ev sahibi sayılacaq.
0
0