“Qarabağ” Avropa kubokuna qələbə ilə start verib
05.10.2024 - 17:55

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunun II mərhələsinin ilk oyununda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələn təmsilçimiz 27:24 hesabı ilə qalib gəlib.
Sabah bu komandalar arasında Bakıda cavab oyunu baş tutacaq.
0
0