
Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub.
Apasport.az xəbər verir ki, idmançılarımız daha 3 medal qazanıblar.
Nurlan Paşayev - Fariz Babayev (2006-2007-ci il təvəllüdlü), Məhəmməd Həsənov - Raul Şamilov (2010-2011-ci il təvəllüdlü) cütlükləri 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc medal qazanıblar.
Son olaraq Niyaz Məlikov - Emil Zeynalov cütü (2008-2009) 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayıb. Azərbaycan idmançıları ümumilikdə 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"